ABŞ-ın Azəraycandakı səfirliyi Los-Anceles hadisələri barədə bəyanat yaydı

ABŞ-ın Bakıdakı səfirliyi iyulun 21-də Los-Anceles şəhərində ermənilərin azərbaycanlılara hücumları ilə bağlı açıqlama yayıb.

Bu barədə Gununsesi.info-ya səfirlikdən daxil olan məlumatda bildirilib.

Qeyd olunub ki, ABŞ-ın Bakıdakı və Yerevandakı səfirlikləri dinc toplaşma və etiraz bildirməyin ümumbəşəri prinsiplərinə zidd olan zorakılıq hərəkətlərini pisləyirlər.

“ABŞ diplomatik obyektləri qorumaq öhdəliyini ciddi qəbul edir və bu səyləri dəstəkləmək üçün yerli hüquq-mühafizə orqanları ilə birlikdə çalışır”, – deyə, səfirlik bəyan edib.

Qeyd olunub ki, söz və dinc toplaşmaq azadlığı ABŞ Konstitusiyası ilə qorunur:

“Lakin hüquq-mühafizə orqanları zorakılıq aktları barədə müvafiq tədbir görəcək. Bütün nümayişçiləri dinc iştiraka və təmkinli olmağa çağırırıq”.

Gununsesi.info