ABŞ-ın Azərbaycandakı səfirliyi uyğur türklərinin vəziyyətini müzakirəyə çıxarır

  • By admin
  • 14 Fevral 2021 10:51

ABŞ-ın Azərbaycandakı Səfirliyi fevralın 18-də Çinin Sincan bölgəsində yaşayan türk müsəlmanları olan etnik uyğurların mədəniyyətindən bəhs edən “Undercover China” (“Çinin gizlinləri”) filmi ilə bağlı müzakirə təşkil edəcək.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə ABŞ Səfirliynin facebook səhifəsində yaydığı məlumatda deyilir.

Məlumata görə, uyğur etnik qrupu Çin Xalq Respublikası tərəfindən ciddi təzyiqlərə məruz qalır.

“Tədbirdə iştirak etmək üçün bir saatlıq “Undercover China” adlı sənədli filmi izləyib, fevral ayının 18-i axşam saat 6-da film haqqında müzakirəyə qoşula bilərsiniz. Afro-amerikalıların Amerika tarixinə, cəmiyyətinə və mədəniyyətinə bəxş etdiyi töhfələri vurğulamaqla yanaşı, Qaradərili İnsanların Tarixi Ayının müxtəlifliyin həm də etnik, mədəni və dini formada qeyd edilməsi və araşdırılması baxımından uğurlu yol olduğuna inanırıq. Müxtəliflik seriyamızın növbəti müzakirə mövzusu, əksəriyyəti Çinin Sinzyan bölgəsində yaşayan Türk müsəlmanları olan etnik Uyğurların mədəniyyətinin necə olduğunu araşdıran film haqqındadır,” məlumatda deyilir.

ABŞ Səfirliyi müzakirələrdə iştirak edənlərin ilk öncə “Undercover China” (“Çinin gizlinləri”) filminə baxmasını məsləhət bilir.

Gununsesi.info