ABŞ-ın Azərbaycandakı səfirliyinə yeni müvəqqəti işlər vəkili təyin edilib

  • By admin
  • 26 İyul 2022 20:33

ABŞ-ın Azərbaycandakı səfirliyinə yeni müvəqqəti işlər vəkili təyin edilib. Bundan sonra adıçəkilən vəzifədə Hüqo Gevara təmsil olunacaq.

Gununsesi.info xəbər verir ki, Hüqo Gevaranın Dövlət Departamentində böyük təcrübəsi var.

Bildirilir ki, onun son zamanlarda tutduğu vəzifələrdən biri ABŞ-ın Qvatemala şəhərindəki səfirliyində Qvatemala hökuməti ilə təhlükəsizlik və qanunun aliliyi sahəsində əməkdaşlıgin inkişafı və irəliləməsi olub.

Bildirilib ki, hazırkı işinə başlamazdan əvvəl Hüqo Gevara Vaşinqtonda Azərbaycan dilini öyrənib.

Gununsesi.info