ABŞ-ın baş infeksionisti yoluxmanı azaltmağın yolunu açıqladı

  • By admin
  • 30 Noyabr 2020 12:27

Bar və restoranların bağlanması yeni tip koronavirus infeksiyası hallarının azaldılmasına kömək edəcək.

Gununsesi.info xəbər verir ki, bunu ABŞ-ın baş infeksionisti Entoni Fausi ABC telekanalına verdiyi müsahibəsində söyləyib.

Ekspert iaşə müəssisələrində ziyarətçilərin maskasız oturduqlarını və bunun xəstəliyin yayılma ehtimalını artırdığını xatırladıb. Həkim onu da əlavə edib ki, cəmiyyətdə virus səviyyəsinin aşağı olması məktəblilərin də qorunmasına kömək edəcək. Fausi bir sıra tədbirlərin infeksiyanın qarşısını alacağını təkrarlayıb: maska taxmaq, əlləri yumaq, sosial məsafəni qorumaq və çox sayda toplaşmamaq.

Yoluxucu xəstəlik mütəxəssisi ABŞ-da yüksək prioritetli insanlar üçün koronavirus peyvəndinin dekabrın ortalarında satışa çıxarılacağını vəd edib.

Gununsesi.info