ABŞ-ın bu adasında yaşayan sakinlərin avtomobili yoxdur - FOTOLAR

  • By admin
  • 14 İyul 2023 09:15

Amerika Birləşmiş Ştatlarında turistlərin marağına səbəb olan ada ekoloji cəhətdən ən mükəmməl yerlərdən biri sayılır.
Buna səbəb isə adada avtomobillərin olmamasıdır.

Avtomobillərin olmadığı bu ada Miçiqanın yuxarı və aşağı yarımadalarının arasında yerləşir. Ziyarətçilər adanın ətrafında səyahət etmək üçün at arabalarından və ya velosipedlərdən istifadə etməlidirlər.
Bu ada şirniyyat və yasəmənləri ilə məşhurdur. Həmçinin, Amerikanın ikinci milli parkı və dünyanın ən uzun eyvanı bu adada yerləşir.

Amerikanın tamamilə “Təbii Mövzu Parkı” kimi tanınan Miçiqanın Mackinac adası həqiqətən də dünyanın ən unikal tətil yerlərindən biridir və istənilən Miçiqan səyahət paketləri siyahısında ilk yerləri tutur.

Tərcümə:
Afət