ABŞ-ın bütün səfirliklərindəki dövlət bayrağı endiriləcək

  • By admin
  • 02 Oktyabr 2017 22:03

1504795011
ABŞ prezidenti Donald Tramp Las-Veqasda atışma nəticəsində ölənlərin xatirəsinə hörmət əlaməti olaraq bütün dövlət bayraqlarının endirilməsi barədə sərəncam imzalayıb.
“Report” xəbər verir ki, sərəncam Ağ ev və ölkənin xaricdəki dövlət müəssisələri və diplomatik nümayəndəliklərinə aiddir.
Sərəncam oktyabrın 6-sı axşam saatlarınadək qüvvədə olacaq.
Atışma bazar günü axşam Las-Veqasda keçirilən musiqi festivalı zamanı baş verib. Nəticədə 58 nəfər ölüb, 500-dən çox insan yaralanıb.

Gununsesi.info