“USS Carl Vinson” nüvə təyyarədaşıyan gəmisinin başçılıq etdiyi Amerika aviadaşıyıcısının zərbə qrupu Cənubi Çin dənizinə daxil olub.
Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirirlir ki, “Cənubi Çin dənizində olarkən zərbə qüvvəsi sabit qanadlı və helikopter uçuşları, dəniz zərbəsi təlimləri və yerüstü və hava bölmələri arasında koordinasiyalı taktiki təlimlər daxil olmaqla dəniz təhlükəsizliyi əməliyyatları həyata keçirəcək”.
Bu məlumata görə, daşıyıcı zərbə qrupuna idarə olunan raket kreyseri “USS Princeton”, “USS Hopper”, “USS Kidd”, “USS Sterett” və “USS William P. Lawrence” esminesləri daxildir.
Pentaqon bildirir ki, Amerika hərbi gəmilərinin Cənubi Çin dənizində olması regionda beynəlxalq hüququn və naviqasiya azadlığının təmin edilməsi məqsədi daşıyır.
Gununsesi.info