ABŞ-ın dövlət borcu koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizəyə ayrılan vəsaitlərin təsiri ilə ilk dəfə 30 trilyon ABŞ dolları ötüb.
Gununsesi.info bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, ABŞ-ın dövlət borcu 2019-cu ilin sonundan bəri təxminən 7 trilyon ABŞ dolları artıb.
Qeyd edək ki, Konqresin Büdcə Ofisi 2020-ci ilin yanvar ayında açıqladığı hesabatda dövlət borcunun 2025-ci ilin sonunda 30 trilyon ABŞ dollara çatacağını proqnozlaşdırmışdı.
Gununsesi.info