ABŞ-ın Ermənistandakı səfiri: QARABAĞIN STATUSU GÜNDƏMDƏDİR

  • By admin
  • 11 Sentyabr 2021 18:49

ABŞ-n Ermənistandakı səfiri Linn Treysi erməni əsirlər mövzusuna toxunaraq, Amerika tərəfinin insan haqlarına riayət etmək üçün səy göstərməyə hazır olduğunu bildirib.

Gununsesi.info  xəbər verir ki, İrəvanda jurnalistlərin suallarını cavablandıran səfir “Dağlıq Qarabağın statusu məsələsi ATƏT-in Minsk Qrupunun himayəsi altında keçirilən danışıqların gündəmində qalır” deyib.

Onun sözlərinə görə, ABŞ məsələni həll etməyin yeganə yolu olduğuna əmin olaraq tərəfləri danışıqlar masasına qaytarmaq üçün əlindən gələni edir. Diplomat xatırladıb ki, dövlət katibi Entoni Blinken Amerika tərəfinin mövqeyini dəfələrlə bəyan edib.

“Əlbəttə ki, otuz illik münaqişə və gərginlik bir gecədə həll edilə bilməz. Ancaq bizim üçün vacib olan fundamental məsələlər var. Biz Dağlıq Qarabağın statusu məsələsinin həll olunduğuna inanmırıq. Bu məsələ hələ də həll olunmayacaq” – səfir deyib.

Danışıqlar üçün ilkin şərtlərin mövcudluğu ilə bağlı sualı cavablandıran səfir, bu haqda danışa bilməyəcəyini ifadə edib.turkustan

Gununsesi.info