ABŞ-ın gələn il Ukraynaya göstərəcəyi yardımın məbləği açıqlanıb

  • By admin
  • 17 Dekabr 2021 14:26

ABŞ-ın 2022-ci il dövlət büdcəsi layihəsində Ukraynaya 756 milyon dollar məbləğində yardım nəzərdə tutulub.

Gununsesi.info-nun Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Dmitro Kuleba bildirib.

HTML tutorial

Nazirin sözlərinə görə, ABŞ Ukraynaya maliyyə dəstəyinin ümumi həcmi 1 milyard dollar, o cümlədən təhlükəsizlik sahəsində 400 milyon dollar məbləğində qalacaq: “2021-ci ildə rəsmi Vaşinqtonun maddi texniki dəstəyi 130 milyon dollardan çox olub. Bu da Ukrayna ordusuna konkret yardım deməkdir”.

Həmçinin ABŞ tərəfindən Ukraynaya 4 ədəd “İsland” tipli hərbi kater, “Javelin” tipli tankvuran sistemləri, snayperlərə qarşı, kəşfiyyat, elektron mübarizə vasitələri, gecəgörmə və digər optik cihazları, rabitə sistemləri, tibbi ləvazimat, habelə müxtəlif çaplı atıcı silah və sursat çatdırıldığı bildirilib.

Gununsesi.info