ABŞ-ın İraqın Ərbil və Suriyanın Həsəkə şəhərlərindəki bazalarına hücumlar təşkil edilib.
Gununsesi.info bildirir ki, İraq Kürd Regional Rəhbərliyinin (KRG) Terrorla Mübarizə İdarəsi rəsmi Facebook hesabında ABŞ bazası yaxınlığında pilotsuz uçuş aparatının (PUA) vurulması ilə bağlı açıqlama verib.
Açıqlamada Ərbil Beynəlxalq Hava Limanı yaxınlığındakı koalisiya bazasını hədəf alan bomba yüklü PUA-nın yerli vaxtla saat 20.58-də vurulduğu bildirilib.
Suriyanın Həsəkə vilayətinin Qamışlı rayonunda İranın dəstəklədiyi qruplar ABŞ qüvvələrinin yerləşdirildiyi bazaya raket zərbəsi endirib.
Yerli mənbələrdən alınan məlumata görə, ABŞ qüvvələrinin yerləşdiyi Həsəkənin Qamışlı rayonundakı Himo bazasına İranın dəstəklədiyi qruplar tərəfindən raket hücumu həyata keçirilib. Hücum zamanı ölən və ya yaralananların olub-olmadığı məlum deyil.
Gununsesi.info