ABŞ Hərbi-Dəniz Donanmasına məxsus “USS Harry S. Truman” təyyarədaşıyan gəmisi ABŞ-ın Virciniya ştatındakı Norfolk limanında çıxaraq Yaxın Şərqə doğru hərəkətə başlayıb.
Gununsesi.info xəbər verir ki, WTKR telekanalı öz “Facebook” səhifəsində bu görüntüləri yayıb. Hərbi gəmilərdən ibarət qrup başda “Harry S. Truman “ olmaqla Norflok limanını necə tərk etdiyi nümayiş olunub.
Verilən məlumata görə, ABŞ Hərbi Dəniz Donanmasının zərbəendirici qrupu Yaxın Şərqdə manevr etmək üçün Avropa sahillərinə yola düşüb.
“USS Harry S. Truman” gəmisini “USS Normandy” raketdaşıyan kreyseri, “USS Arleigh Burke”, “USS Bulkeley”, “USS Forrest Sherman и USS Farragut” minadaşıyan gəmiləri müşaiyət edəcək. Bu qrupa daha sonra daha iki minadaşıyan “USS Jason Dunham” və “USS The Sullivans” gəmiləri qoşulacaq.
Gununsesi.info