ABŞ-ın hərbi helikopteri qəzaya uğrayıb

ABŞ-ın hərbi helikopteri qəzaya uğrayıb

ABŞ Dəniz piyada korpusuna məxsus vertolyot Kaliforniyanın cənubunda, El-Sentro şəhərində qəzaya uğrayıb.

Gununsesi.info xəbər verir ki, hadisə nəticəsində 4 ekipaj üzvünün həlak olduğu ehtimal edilir.

“CH-53E Super Stallion” helikopterinin standart təlim zamanı qəzaya uğradığı bildirilsə də, hadisənin hansı səbəbdən baş verdiyi hələ məlum deyil.

Fakt araşdırılır. Ekipaj üzvlərinin axtarışına başlanılıb.

Gununsesi.info

COMMENTS