ABŞ-ın hücumları mediada işıqlandırılmasına yönəlik olub

  • By admin
  • 14 Aprel 2018 14:38

ABŞ-ın hücumları  Suriyadakı vəziyyəti gərginləşdirməyə yox, mediada  işıqlandırılmasına yönəlik olub. Gununsesi.info xəbər verir ki, bunu Moskva  Dövlət Beynəlxalq  Münasibətlər İnstitutunun  beynəlxalq  problemlərin tətbiqi analizi kafedrasının dosenti,  xarici və müdafiə siyasət Şurasının üzvü Andrey Suşençov deyib.

Onun sözlərinə görə, ABŞ-ın bu hücumu  ölkənin hərbi gücünü nümayiş etdirib,  Suriyada böhranı daha  da dərinləşdirmək yox, bunu medianın işqlandırması üçün edib.

“Yəni Vaşinqton bununla dünyaya nümayiş etdirmək istəyir ki,  Amerikanın liderliyinin əsas komponentlərindən biri də məhz əvvəllərdə olduğu kimi  güc tətbiqinin hələ də qalmasıdır.  Lazım gələndə bu gücdən istifadə olunur”,- deyə  ekspert vurğulayıb.

Onun fikrincə, Suriyanın bombalanmasına baxmayaraq, Vaşiqnton  böhranın sülh yolu ilə həlli üçün də ümid yeri saxlayıb.

Ekspert onu da əlavə edib ki, raket hücumu eyni zamanda  Suriyanın sovet dövrünün Hava-Hücumundan Müdafiə sisteminin  ABŞ, Fransa və Britaniyanın müasir raket  texnologiyasına qarşı necə effektiv fəaliyyət göstərməsini analiz etmək üçün yetərli imkanlar  yaratdı.

Gununsesi.info