
ABŞ-ın İordaniyadakı hərbi bazasına hücum nəticəsində yaralananların sayı 34-ə yüksəlib.
Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) məlumatında deyilir.
Məlumata görə, səkkiz yaralı “daha yüksək ixtisaslı tibbi yardım” almaq üçün İordaniyadan təxliyə edilib və onların vəziyyəti stabildir.
Komandanlıq xəbərdarlıq edib ki, yardım çağırışları davam etdiyi üçün zərərçəkənlərin sayı gələcəkdə arta bilər.
CENTCOM-un məlumatına görə, “hücum İordaniyanın Suriya ilə sərhədi yaxınlığındakı “Qüllə 22” adlı bazanı hədəf alıb. Burada təxminən 350 ABŞ hərbi qulluqçusu İŞİD terror təşkilatına qarşı koalisiyaya dəstək də daxil olmaqla bir sıra əsas dəstək funksiyalarını yerinə yetirir”.
Bundan əvvəl ABŞ prezidenti Co Bayden İordaniyada Suriya sərhədi yaxınlığında pilotsuz təyyarənin hücumu nəticəsində 3 amerikalı hərbçinin öldüyünü, 25 nəfərin yaralandığını bildirmişdi.
Gununsesi.info