ABŞ-ın İŞİD-ə qarşı əməliyyatlarının xarakteri dəyişəcək - PENTAQON

  • By admin
  • 30 Dekabr 2017 17:55

ABŞ-ın İŞİD terror qruplaşmasına qarşı keçirdiyi hərbi kampaniyasının xarakterində gələn il dəyişikliklər baş verəcək.

Gununsesi.info xəbər verir ki, bunu Pentaqon yanında akreditə olunmuş jurnalistlərlə görüşü zamanı müdafiə naziri Ceyms Mettis ABŞ-ın başçılıq etdiyi koalisiyanın İraqda və Suriyada İŞİD-ə qarşı əməliyyatlarının gedişini şərh edərkən bildirib.

C.Mettis ABŞ-ın İŞİD-ə qarşı hərbi əməliyyatının xarakterinin məhz hansı şəkildə dayişəcəyini dəqiqləşdirməyib.

Gununsesi.info