
ABŞ-ın Hərbi Hava Qüvvələrinə məxsus “U-2” kəşfiyyat təyyarəsi qəzaya uğrayıb.
“Report”un məlumatına görə, bu barədə “RİA Novosti” Hərbi Hava Qüvvələrin mətbuat xidmətinə istinadən xəbər yayıb.
Məlumatda bildirilir ki, hadisə Kaliforniya ştatında baş verib.
Kəşfiyyat təyyarəsinin təlim zamanı qəzaya uğradığı bildirilir.
Hadisə ilə bağlı araşdırma aparılır. Qəza zamanı ölən olmayıb.
Gununsesi.info