ABŞ-ın keçmiş dövlət katibi Ukraynaya səfər edəcək

ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo aprelin 3-də Ukraynaya səfər edəcək.

Bu açıqlamalar onun ölkə prezidentliyinə namizədliyini irəli sürməyi planlaşdırdığına dair xəbərlər fonunda verilib.

Bu barədə Gununsesi.info Euronews-yə istinadən xəbər verir.

Pompeo bununla Ukraynaya dəstək nümayiş etdirmək və ABŞ-ın keçmiş prezidenti Donald Trampın fikirlərindən fərqli mövqeyi müdafiə etmək və seçkilərdə keçmiş dövlət katibi, Florida ştatının qubernatoru Ron DeSantisin mümkün rəqibi olmaq istəyir.

Keçmiş dövlət katibinin Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb-görüşməyəcəyi hələlik məlum deyil.

 

Tərcümə:

Adil Elxanoğlu

Gununsesi.info