ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens builki prezident seçkilərində administrasiyasında çalışdığı Donald Trampı dəstəkləməkdən imtina edib.
Gununsesi.info xəbər verir ki, o, bu barədə Fox News telekanalında bildirib.
ABŞ-ın keçmiş vitse-prezidenti hazırkı seçki kampaniyasına münasibəti ilə bağlı suala belə cavab verib: “Bu il Donald Trampı dəstəkləməməyim təəccüblü deyil”.
“Prezidentlik kampaniyam zamanı mən açıq şəkildə bildirdim ki, prezident Trampla aramızda müxtəlif məsələlərdə dərin fikir ayrılıqları var. Həm də təkcə bizim konstitusiya öhdəliklərimizlə bağlı fikir ayrılıqlarımız yox, mən onları yanvarın 6-da yerinə yetirmişəm”, – o əlavə edib.
Gununsesi.info