ABŞ-ın koronavirusa qarşı hazırladığı peyvənd immun sistemin cavabını formalaşdırdı

ABŞ-ın biotexnologiya bazarının liderlərindən biri olan “Moderna Inc” şirkətinin səhmləri koronavirusa qarşı hazırlanan dərman preparatının test edildiyi 45 pasiyentin hamısında güclü immun reaksiyası formalaşdığının açıqlanmasından sonra 16 faiz bahalaşıb.

Gununsesi.org bildirir ki, bu barədə CNBC məlumat yayıb.

Qeyd olunur ki, testlərdə iştirak edənlərin hamısında virusa qarşı immunitet yaranması üçün vacib olan neytrallaşdırıcı anticisimlər yaranıb.

Alimlər həmçinin peyvəndin yüksək dozada vurulduğu şəxslərdə koronavirusa yoluxub sağalanlardan daha çox anticisim formalaşdığını açıqlayıblar.

Gununsesi.org