ABŞ-ın məqsədi Rusiyanı Cənubi Qafqazdan çıxartmaqdır -VİDEO

“Əslində Ermənistan niyə Amerikaya strateji tərəfdaş kimi lazımdır?. ABŞ-ın qarşısına qoyduğu əsas məsələ Rusiyanı Cənubi Qafqazdan çıxartmaqdır.”-bu fikirləri ARB Televiziyasının efirində millət vəkili Cavanşir Feyziyev bildirib.

Millət vəkili qeyd edib ki, Rusiyanın regiondan çıxarılması zaman məsələsidir.

“Rusiyanın Cənubi Qafqazdan cıxarılması ABŞ-ın ən böyük planıdır. Məhz bu səbəbdən ABŞ erməni kartından istifadə edir. Bu yolla Ermənistandan Rusiyanı çıxartmaq istəyir.”-deyə Cavanşir Feyziyev bildirib.

Daha ətraflı videomatrealda: