ABŞ-ın Maliyyə Nazirliyi: “Son 100 gündə Rusiyanın 330 milyard dolları dondurulub”

ABŞ hökuməti son 100 gündə Rusiya Bankına (Mərkəzi Bank) və bu ölkənin vətəndaşlarına məxsus 330 milyard dollar vəsait dondurub və yaxud blok edib.

Gununsesi.info  xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, həmin vəsaitin 300 milyard dolları Rusiya bankına, 30 milyard dolları isə rusiyalılara məxsusdur.

Xatırladaq ki, ABŞ fevralın 24-dən Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə cavab olaraq 1-ciyə qarşı müxtəlif sanksiyalar tətbiq edib, bu ölkənin rəsmi şəxslərinin və iş adamlarının adlarını “qara siyahıya” salıb.

Gununsesi.info