ABŞ-ın Milli Təhlükəsizlik müşaviri koronavirusa yoluxdu

  • By admin
  • 28 İyul 2020 08:44

ABŞ-ın Milli Təhlükəsizlik müşaviri Robert O’Brayn koronavirusa yoluxub.

Gununsesi.info “Politico”ya istinadən xəbər verir ki, Robert O’Brayn koronavirus testi müsbət nəticə göstərib.

Onun evdən iş fəaliyyətini davam etdirdiyi qeyd olunur.

ABŞ Prezidenti Donald Tramp ilə sıx əməkdaşlıq edən O’Braynın bu günə qədər Ağ Evdə COVID-19-a yoluxan ən yüksək vəzifəli şəxs olduğu qeyd edilir.

Gununsesi.info