ABŞ-ın Missisipi ştatında hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb: Azı 16 ölü - FOTO- YENİLƏNİB

  • By admin
  • 11 İyul 2017 07:26

teyyare-abc

ABŞ-ın Missisipi ştatında C-130 tipli hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb.

Gununsesi.info RİA Novosti agentliyinə istinadla xəbər verir ki, bu barədə yerli Mississippi News Now telekanalı xəbər yayıb.

Qəzanın hansı səbəbdən baş verdiyi hələlik bilinmir.

“World News”un verdiyi məlumata görə, təyyarədə 8 nəfər olub, onlardan 5-nin cəsədi tapılıb.

***

C-130 hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 16-ya çatıb.

Bu barədə “Mississippi News” telekanalı xəbər verib.

Bundan əvvəl 5 nəfərin öldüyü, təyyarədə 8 ekipaj üzvünün olduğu bildirilirdi.

Qəzadan sonra hadisə yerində güclü yanğın başlayıb. Təyyarənin göyərtəsində silah-sursatın olması yanğınsöndürənlərin işinə əlavə maneə yaradır. Qəzanın səbəbləri barədə hələ ki, məlumat verilmir.

Gununsesi.info