ABŞ-ın müdafiə naziri Türkiyəyə səfər edəcək

  • By admin
  • 19 Avqust 2017 10:06

1493057141-4071

Avqustun 23-də ABŞ-ın müdafiə naziri Ceyms Mettis Türkiyəyə səfər edəcək.

Gununsesi.info-nun Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu haqda ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) məlumat yayıb.

Belə ki, C.Mettis Türkiyəyə səfəri çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, milli müdafiə naziri Nürəddin Canikli və xarici işlər naziri Mevlud Çavuşoğlu ilə görüşəcək.

Görüşdə iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə inkişafı, regionda sabitliyinin təmin edilməsi istiqamətində birgə addımların atılması və PKK-a Terror Təşkilatına qarşı mübarizə məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, C.Mettis Türkiyəyə səfər etmədən öncə İordaniyaya səfər edəcək. Səfər zamanı ABŞ-ın müdafiə naziri İordaniya Kralı II Abdullahla və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Məmməd Freihat ilə görüşəcək.

Anar

Gununsesi.info