ABŞ müdafiə naziri Lloyd Ostin səhhətində yaranan problemə görə xəstəxanaya yerləşdirilib.
Gununsesi.info xəbər verir ki, bu barədə Pentaqonun məlumatında deyilir.
Qeyd edək ki, 70 yaşlı Ostin də 22 dekabr 2023-cü ildə xəstəxanaya yerləşdirilmişdi.
“Walter Reed” hərbi xəstəxanasında prostat vəzi xərçəngindən əməliyyat olunan Ostin ertəsi gün evə göndərilsə də, daha sonra fəsadlar səbəbindən yanvarın 1-də yenidən xəstəxanaya yerləşdirilib.
Ostinin xəstəxanaya yerləşdirilməsi ilk olaraq ABŞ Müdafiə Nazirliyinin yanvarın 5-də verdiyi açıqlama ilə gündəmə gətirilib və vəziyyətinin yaxşı olduğu açıqlanıb.
Sonradan məlum olub ki, prezident Co Bayden də daxil olmaqla yüksək vəzifəli şəxslər, həmçinin Pentaqon rəsmiləri və Konqres üzvləri Ostinin xəstəxanaya yerləşdirildiyini günlər sonra öyrəniblər.
70 yaşlı Ostinin xəstəxanaya yerləşdirilməsi və səhhəti ilə bağlı baş verənlərin səlahiyyətlilərdən və ictimaiyyətdən gizli saxlanması tənqidlərə səbəb olmuş, reaksiyalar üzərinə Konqres və Pentaqon məsələ ilə bağlı araşdırma başlatmışdı.
Gununsesi.info