ABŞ-ın müdafiə nazirindən mühüm Ukrayna mesajı: Pentoqon rəhbəri Kiyevə gəldi

  • By admin
  • 20 Noyabr 2023 13:07

ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukraynaya səfər edib.

Gununsesi.info xəbər verir ki, Pentaqon rəhbəri bazar ertəsi səhər sosial şəbəkədəki səhifəsində yazıb.

“Mən Ukrayna liderləri ilə görüşmək üçün indicə Kiyevə gəlmişəm. Mən bu gün mühüm mesajı çatdırmaq üçün buradayam. Birləşmiş Ştatlar Rusiyanın təcavüzünə qarşı azadlıq uğrunda mübarizədə Ukraynaya dəstəyini indi və gələcəkdə də davam etdirəcək”, – deyə o bildirib.

ABŞ Müdafiə Nazirliyinin saytında qeyd olunur ki, səfəri zamanı Ostin Ukrayna rəhbərliyi ilə yüksək səviyyəli danışıqlar aparacaq.

Pentaqon aydınlaşdırıb ki, müzakirələrdə ABŞ və Ukrayna arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsi, o cümlədən Ukrayna Silahlı Qüvvələrinə həm qış üçün lazım olan döyüş qabiliyyətinin verilməsi, həm də öz ölkələrini gələcək təhdidlərdən qorumaq üçün əsas diqqət yetiriləcək.

Gununsesi.info