ABŞ-ın Müstəqillik Günü Bakıda təntənəli şəkildə qeyd olunub - FOTOLAR

  • By admin
  • 02 İyul 2022 16:56

Dünən Amerikanın Bakıdakı səfirliyində bu ölkənin müstəqilliyinin elan olunmasının 246-cı il dönümünə və Azərbaycanla münasibətlərinin 30 illiyinə həsr olunmuş təntənəli mərasim təşkil olunub.

Gununsesi.info-nun xəbərinə görə, Azərbaycanın və Amerika Birləşmiş Ştatlarının Dövlət Himninin səslənməsindən sonra səfir Erl Litzenberq açılış nitiqi söyləyib:

”Bu gün müstəqilliyimizin 246-cı ildönümünü və Azərbaycanla münasibətlərimizin öz 30-cu ildönümünü qeyd edərkən bizimlə olmağınızdan xüsusi məmnuniyyət və böyük şərəf duyuruq. Qoy bu tədbir dostluğumuzu yüksək dəyərləndirdiyimizin unudulmaz xatirəsi olsun və ikitərəfli münasibətlərimizin gücləndirilməsinə xidmət etsin”.

Səfir daha sonra deyib:

”Biz inanırıq ki, fundamental  azadlıqların qorunması və həyata keçirilməsi fərd və cəmiyyət olaraq potensialımızı tam gerçəkləşdirməyə imkan verir. Beləliklə, biz müstəqilliyimizlə fəxr edirik. Ötən üç il ərzində öyrənmişəm ki, biz bu dəyəri oxşar və haqlı şəkildə öz müstəqillikləri ilə fəxr edən Azərbaycan xalqı ilə bölüşürük”.

Amerika-Azərbaycan  münasibətlərinin mövcud durumundan danışan səfir bu münasibətlərdən razı qaldıqlarını deyib.

Mərasimdə Azərbaycan hökuməti adından maliyyə naziri Samir Şərifov çıxış edib.
Samir Şərifov  öAzərbaycan-Amerika münasibətlərindən danışıb.

Onun sözlərinə görə, ABŞ Prezidenti Cənab Bayden bu yaxınlarda İlham Əliyevə yazdığı məktubunda ölkələrimiz arasındakı inkişafı xüsusi vurğulayıb:

” Bu günAzərbaycan Amerika ilə ötən illər ərzində qarşılıqlı, bərabərhüquqlu mübasibətlər qurub və bu münasibətlər günü- gündən inkişaf edir”.

Mərasimdə daha sonra səfir ayrı-ayrı müxalifət liderləri, QHT və media rəhbərləri ilə səmimi söhbətlər edib.

Gülnar
Gununsüsi.info