ABŞ-ın neft ehtiyatları artıb

  • By admin
  • 10 Sentyabr 2020 20:31

Ötən həftənin yekunlarına görə, ABŞ-ın kommersiya neft ehtiyatları 2,033 mln. barel artaraq sentyabrın 4-nə 500,434 mln. barel təşkil edib.

Gununsesi.info-nun məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın neft ehtiyatlarının 3 mln. barel azalacağını proqnozlaşdırırdı.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan “qara qızıl”ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

 

 

Gununsesi.info