
ABŞ-da kommersiya neft ehtiyatları həftə ərzində 1,7 milyon barel azalaraq 478,5 milyon barel təşkil edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Energetika Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ehtiyatların hazırkı səviyyəsi son beş ildəki eyni dövrlə müqayisədə orta göstəricidən təxminən 7 faiz çoxdur.
ABŞ-da kommersiya neft ehtiyatları ilə bağlı xəbər dərc olunduqdan sonra Londonun ICE birjasında Brent markalı neftin may fyuçerslərinin qiyməti 0,35 faiz azalaraq 83 dollar/barel, WTI markalı neftin aprel fyuçerslərinin qiyməti isə 0,64 faiz azalaraq 77,08 dollar/barel təşkil edib.
Gununsesi.info