ABŞ-ın ölümsaçan “Tomaqavk” raketi - ÜSTÜNLÜKLƏRİ - FOTOLAR

  • By admin
  • 07 Aprel 2017 12:00

unnamed

Bir neçə gün öncə Suriya Ordusunun İdlibdə kimyəvi silahdan istifadə etməsinə cavab olaraq ABŞ Suriya ərazisində yerləşən aviabazaya raket zərbələri endirib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ hərbçilərinin Suriyanın Homs əyalətindəki “Əş-Şəyrat” aerodromuna 59 ədəd “Tomaqavk” qanadlı raketi atdığı bildirilir.

Belə ki, Suriya Ordusu qadağan edilmiş kimyəvi silahın istifadəsində, məhz bu, aerodromdan yararlanıb.
Qeyd edək ki, “Qızıldərili baltası” mənasını verən “Tomaqavk” qanadlı raketlər bundan əvvələr Əfqanıstan, İraq və Liviyada istifadə edilib. “Tomaqavk” qanadlı raketləri pilotsuz idarə olunan uçuş aparatıdır.

Qanadlı raketlər trapesiya formalı qanadı orta hissədə yerləşən monoplan və raketdən ibarətdir.

Qeyd edək ki, hazırda dünyanın bir çox ölkələrində istehsal olunan müasir qanadlı raketlərdən strateji hücum vasitəsi kimi istifadə edilməsi nəzərdə tutulur.

Belə ki, uçuş uzaqlığı 2500 km olan “Tomaqavk” qanadlı raketi sualtı qayıqlardan və gəmilərdən, AGM-86A tipli qanadlı raket isə strateji bombardmançı təyyarələrdən buraxıla bilər. Qanadlı raketin əsas xüsusiyyəti onun alçaqdan uçmaq (30-100 m) və hədəfi dəqiq vurma qabiliyyətidir.

Məhz, ABŞ-ın “Tomaqavk” qanadlı raketlərdən istifadə etməsinə səbəbi isə Rusiyanın “S-400” hava hücumundan müdafiə kompleksini hədəf olmamaqdır.

“Tomaqavk” qanadlı raketlər nüvə başlığı daşıya bilir. Raketin 1ədədinin qiyməti 500 min dollardan, 1,4 milyon dollara qədər yüksələ bilir. Uzunluğu 5.5-6.25 metr, ağırlığı 1315-1587 kilo, diametri isə 51.81 sm-dir.
unnamed (2) unnamed (1)
Anar
Gununsesi.info