ABŞ-ın Rejissorlar Gildiyasının mükafatları təqdim edilib

  • By admin
  • 04 Fevral 2018 15:20

Meksikalı rejissor Gilyermo del Toro ABŞ-ın Rejissorlar Gildiyasının baş mükafatına layiq görülüb.

Gununsesi.info xəbər verir ki, mükafat rejissora “Suyun forması” filminə görə təqdim olunub.

Xatırladaq ki, ötən il del Toro DGA-nın “Bədii film rejissurası sahəsində yüksək nailiyyətlərə” görə təsis etdiyi mükafatı qazanıb.

ABŞ-ın Rejissorlar Gildiyasının mükafatlarının 70-ci yubiley təqdim olunma mərasimi fevralın 4-də Los-Ancelesdə keçirilib.

Gununsesi.info