ABŞ-ın Rusiyadakı səfiri istefa verdi

ABŞ-ın Rusiyadakı səfiri Con Hantsman istefa verib.

 Gununsesi.org-un “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, diplomat missiyasını başa vuraraq Amerikanın Yuta ştatının paytaxtı Solt-Leyk Siti şəhərinə yola düşüb. Bu barədə siyasətçinin xanımı Meri Key Hantsman məlumat verib.

 Onun sözlərinə görə, ailəvi olaraq səfirlikdəki dostları ilə vidalaşaraq səhər saatlarında hava limanına gediblər.

Qeyd edək ki, daha öncə KİV-də C. Hantsmanın oktyabrın 3-də istefaya gedəcəyi barədə məlumat yayılmışdı.

 Gununsesi.org