ABŞ-ın Rusiyadakı səfirliyinə bomba qoyulması barədə anonim zəng edilib

  • By admin
  • 06 Oktyabr 2016 22:09

bfdbc018-2ec1-4323-ac25-e602c2b97de4_292

 

ABŞ-ın Rusiyanın paytaxtı Moskvadakı səfirliyinə bomba qoyulması barədə anonim zəng edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə “RİA Novosti” paytaxtın hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

“Yerli vaxtla saat 20:10-da ABŞ-ın Rusiyadakı səfirliyində partlayış təhlükəsi barədə anonim zəng daxil olub” – deyə mənbə agentliyə bildirib.

Səfirlik və hüquq-mühafizə orqanları məsələ ilə bağlı rəsmi münasibət bildirməyib.

 

Gununsesi.info