ABŞ-ın Rusiyadakı yeni səfiri Con Sallivan olacaq

  • By admin
  • 21 Noyabr 2019 22:41

ABŞ Senatının komitəsi Con Sallivanın Rusiyada səfir kimi fəaliyyətini təsdiqləyib.

Gununsesi.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə komitənin saytı məlumat yayıb.

Hazırda o, Dövlət katibinin müavini postunu tutur. Con Sallivanla yanaşı, komitə daha 14 nəfərin xarici siyasətlə bağlı namizədliklərini təsdiqləyib. Con Sallivan daha öncə Pentaqonda, Ədliyyə və Ticarət Nazirliyində yüksək vəzifələrdə çalışıb. Dövlət Departamentində iki il çalışmasına baxmayaraq, Con Sallivan idarənin aparıcı fiqurlarından sayılır.

 

Gununsesi.org