ABŞ-ın Rusiyanın Suriyadakı hərbi obyektlərinə hücumlarda əli yoxdur

  • By admin
  • 12 Yanvar 2018 08:50

ABŞ-ın Rusiyanın Suriyadakı hərbi obyektlərinə PUA hücumu ilə heç bir əlaqəsi yoxdur. 

Bu barədə ABŞ Silahlı Qüvvələri Baş Qərargahının nümayəndəsi general Kennet Makkenzi bildirib.

Makkenzi həmçinin ABŞ Silahlı Qüvvələri Baş Qərargahının rəisi general Cozef Danfordun rusiyalı həmkarı Valeri Gerasimovla səmimi fikir mübadiləsi apardığını xatırladaraq, danışıqların təfərrüatlarının açıqlamaqdan imtina edib.

Pentaqonun mətbuat xidmətinin rəhbəri Dana Uayt isə ABŞ Müdafiə Nazirliyinin Rusiyanın Suriyadakı hərbi obyektlərinə hücumu şərh etməyəcəyini bildirib.

Gununsesi.info