ABŞ-ın Rusiyaya növbəti zərbəsi

  • By admin
  • 12 Oktyabr 2022 21:22

Bayden administrasiyası Rusiyanın alüminiumuna tam qadağa qoymağı düşünür.

Gununsesi.info xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Nəşri qeyd edir ki, ABŞ Rusiyada metal istehsal edən “United Co Rusal International” şirkətinə sanksiya tətbiq edəcək.

Ağ Ev müharibənin əvvəlində qlobal tədarükü poza biləcəyindən qorxaraq Rusiya alüminiumuna sanksiya tətbiq etməmişdi.

Gununsesi.info