ABŞ-ın SDG ilə bağlı bəyanatı: - Biz razılaşmanı alqışlayırıq

  • By Admin2
  • 12 Mart 2025 12:00

Suriyada yeni administrasiya ilə PKK-nın Suriya qolu olan YPG-nin onurğa sütunu Suriya Demokratik Qüvvələri (SDQ) arasında əldə olunan razılaşma Vaşinqtonda müsbət qarşılanıb.

Gununsesi.info xarici mediaya istinadən verdiyi məlumata görə, Prezident Əhməd Şəra ilə Fərhad Abdi Şahin arasında imzalanan müqavilə ilə SDF dövlət qurumlarında iştirak edir.

Müqavilə ilə bağlı ABŞ-dan da açıqlama gəlib. “Birləşmiş Ştatlar Suriya hakimiyyəti ilə Suriya Demokratik Qüvvələri arasında şimal-şərqin Suriyaya inteqrasiyasını nəzərdə tutan razılaşmanı alqışlayır ”, – deyə dövlət katibi Marko Rubio bildirib.

ABŞ-ın təhlükəsiz keçidi dəstəklədiyi bildirilib. Suriyada baş verən son zorakılıq hadisələrinin də izləndiyi bildirilib.

8 maddədən ibarət razılaşmaya əsasən, kürd icması Suriyanın tərkibində konstitusiya təhlükəsizliyini əldə edəcək. Sərhəd qapıları, neft və qaz yataqları Suriya dövlətinin nəzarətinə keçəcək. Suriyanın təhlükəsizliyinə və birliyinə qarşı bütün təhdidlərə qarşı birlikdə mübarizə aparılacaq.

Suriya hökuməti ilə SDQ arasında imzalanan tərksilah müqaviləsinin şərtləri dünya ilə paylaşılıb. 

Orxan

Gununsesi.info