ABŞ-ın Şimali Koreya sərhədlərində tədqiqata başladı

  • By admin
  • 27 Aprel 2017 10:34

18197813_1832427453747497_980962639_n

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Şimali Koreya sərhədlərində tətdqiqata başlamasına qarşılıq olaraq Pyongyang hökuməti yüzlərlə topçunu sərhədlərə düzüb.

Bir neçə gün əvvəl donanmasındakı ən inkişaf etmiş gəmini və “Ohio” nüvə dənizaltısını Şimali Koreya sərhədlərinə göndərən ABŞ müharibəyə hazırlıq görür. Bir sıra politoloqlar ABŞ-ın gərginliyi artırdığını düşünür.

Bütün bunlara qarşılıq olaraq, tankları və nüvələri sərgiləyən Şimali Koreya bu dəfə də yüzlərlə topçunu sərhədlərə düzüb.

Həmin görüntüləri dünya mediyasına Cənubi Koreyanın xəbər agentliyi olan “Yonhap” yayıb.

Gununsesi.info