
ABŞ-ın “B-1B Lancer” strateji bombardmançı təyyarəsi Yaxın Şərq regionuna uçuş həyata keçirib.
Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.
“Son 8 gündə 3-cü dəfə “B-1B Lancers” Mərkəzi Komandanlığın məsuliyyət zonasında missiyasını yerinə yetirib”, – qeyd edilib.
Oktyabrın ortalarında ABŞ Böyük Britaniyadakı “Fairford” aviabazasına dörd “B-1B Lancer” strateji bombardmançı təyyarəsi göndərib.
O vaxtdan bəri onlar artıq Avropa, Afrika və Yaxın Şərq üzərində bir sıra uçuşlar həyata keçiriblər.
Gununsesi.info