ABŞ-ın Türkiyədəki səfirliyi öz işini martın 7-də bərpa edəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ diplomatik nümayəndəliyinin təmsilçisi Devid Qeyner məlumat verib.
“ABŞ-ın Ankaradakı səfirliyi sabah normal rejimdə işləməyə və xidmət göstərməyə başlayacaq. Göstərdiyi dəstəyə görə Türkiyə polisinə dərin minnətdarıq”, – deyə diplomat bildirib.
Qeyd edək ki, ABŞ-ın Türkiyədəki səfirliyi martın 5-də təhlükəsizlik məqsədi ilə fəaliyyətini müvəqqəti dayandırıb.
Gununsesi.info