ABŞ-ın Ukraynaya verdiyi unikal M777 haubitsaları işə salındı

Amerika Birləşmiş Ştatlarının Ukraynaya təhvil verdiyi M777 haubitsaları artıq rus qoşunlarına qarşı döyüşlərdə istifadə olunur.

Gununsesi.info Ukrayna KİV-nə istinadən xəbər verir ki, “Cənub” əməliyyat komandanlığı bildirib ki, M777 haubitsaları döyüş meydanında uğurla istifadə edilir.

Qeyd edildiyi kimi, M777 müxtəlif ölkələrin, o cümlədən ABŞ, Avstraliya, Kanada, Hindistan, Səudiyyə Ərəbistanı və artıq Ukraynanın quru qoşunları tərəfindən istifadə edilən 155 mm-lik yedəkli haubitsadır.

Haubitsa BAE Systems-in Qlobal Döyüş Sistemləri bölməsi tərəfindən istehsal olunur. Titan konstruksiyaları və komponentlərinin bir hissəi Böyük Britaniyada istehsal olunurr. Bununla belə, yekun montaj və sınaq ABŞ-dakı BAE obyektində həyata keçirilir, haubitsada Amerika istehsalı olan hissələrin təxminən 70%-i istifadə olunur.

M777 haubitsasının unikallığı onun kütləsindədir. 4218 kq çəki onu bu tip ən yüngül haubitsa edir.

Bundan əlavə, M777 yüksək əməliyyat imkanlarına malikdir. Məsələn, yerləşdirmə müddəti cəmi 6 dəqiqədir və təcrübəli ekipaj dəqiqədə təxminən 5 mərmi ata bilər.

Haubitsa mərmilərinin effektiv atış məsafəsi 40 kilometrdən çoxdur.

M777 digər haubitsalardan yüksək dəqiqlikli rəqəmsal kompüter atəşə nəzarət sisteminin mövcudluğu ilə fərqlənir. O, hədəfi nişan almaq üçün GPS və dronlardan alınan məlumatlardan istifadə edir ki, bu da uzaq məsafələrdə dəqiq atəş açmağa imkan verir. M777-nin xüsusi üstünlüyü onun idarə olunan raketlərlə uyğunluğudur .

M777-nin birinin qiyməti 3,737,931 dollar təşkil edib.

Gununsesi.info