ABŞ-ın Ukraynaya yeni yardım paketinə nələr daxildir? -61 milyard dollar

ABŞ administrasiyasının Ukrayna üçün hazırladığı yeni hərbi yardım paketinə artilleriya və hava hücumundan müdafiə sistemləri ilə yanaşı zirehli maşınlar da daxil olacaq.

 

Gununsesi.info xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

 

Bildirilir ki, Pentaqon rəsmiləri yardım paketində dəyişikliklər etsə də lakin iş tezliklə başa çatacaq.

 

Mənbələrdən biri tədarükə əlavə Bradley Döyüş Vasitələri, köhnə hərbi Humvee və M113 zirehli personal daşıyıcıları, eləcə də raketlərin daxil olacağını da bildirib.

 

ABŞ Konqresinin Nümayəndələr Palatası daha əvvəl respublikaçı konqresmenlərin keçən ildən bəri əngəl törətdiyi Ukraynaya hərbi yardım haqqında qanun layihəsini təsdiqləyib.

 

Sənəddə təqribən 61 milyard dollarlıq maliyyələşdirmədən bəhs edilir. Bu məbləğin təqribən 23 milyardı Amerikanın silah ehtiyatlarının artırılmasına, 23,2 milyardı isə birbaşa Ukrayna üçün silahlara veriləcək.

 

ABŞ Senatının aprelin 23-də qanunu qəbul edəcəyi və dərhal imzalanması üçün prezident Co Baydenə göndərəcəyi gözlənilir.

 

Administrasiyadan verilən məlumata görə, Ukraynanın döyüş ehtiyaclarını ödəmək üçün böyük bir paket hazırlayır

 

Qeyd edək ki, Pentaqonun Beynəlxalq Təhlükəsizlik Məsələləri üzrə köməkçisi Celeste Wallander bildirib ki, Müdafiə Nazirliyi təsdiqləndikdən sonra iki həftə ərzində Ukraynaya yardımı buraxılacaq.

 

 

 

Şəbnəm

Gununsesi.info