ABŞ-ın vitse-prezidenti Baltikyanı ölkələrin başçıları ilə görüşəcək - SABAH

  • By admin
  • 30 İyul 2017 08:48

penss

Bu gün ABŞ-ın vitse-prezidenti Maykl Pensin Estoniyanın paytaxtı Tallinə ikigünlük səfəri başlayır.

Gununsesi.info “İnterfaks”-a  istinadən  xəbər verir ki, iyulun 30-da M.Pens Estoniyanın baş naziri Yuri Ratas ilə görüşəcək.

Bazar ertəsi ABŞ-ın vitse-prezidenti Estoniya prezidenti Kersti Kalyulayd ilə kibertexnologiya və innovasiyalara həsr olunan “dəyirmi masada” iştirak edəcək. Daha sonra M.Pens K.Kalyulaydla birgə Latviya prezidenti Raymond Veyonis və Litvanın dövlət başçısı Dalya Qribauskayte ilə görüşəcək.

Məlumata görə, tərəflər regionda təhlükəsizlik, ABŞ-la Baltikyanı ölkələr arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri, həmçinin NATO-nun 2018-ci ildə keçiriləcək sammitinə hazırlıq məsələlərini müzakirə edəcəklər.

Gununsesi.info