ABŞ-ın vitse-prezidenti Kamala Harris İsrail prezidenti İsxak Hersoqla telefon danışığında İsraili dəstəklədiyini bir daha təsdiqləyib və İordan çayının qərb sahilində “zorakılıq aktlarına görə məsul olan məskunlaşanların məsuliyyətə cəlb edilməsinin” vacibliyini vurğulayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə məlumat Ağ Evin saytında dərc olunub.
Söhbət zamanı İsrail, Qəzza zolağı və İordaniyanın Qərb Sahilində baş verən son hadisələr müzakirə olunub. Harris “İsrailin öz vətəndaşlarını qorumaq və terrorla mübarizə hüququnu” dəstəklədiyini bildirib.
ABŞ vitse-prezidenti girovların azad edilməsinin vacibliyini qeyd edib, həmçinin mülki şəxslərin müdafiəsi və beynəlxalq humanitar hüquq normalarına riayət edilməsinin vacibliyini vurğulayıb.
Bundan əlavə, Harris Qəzza zolağında mülki şəxslərə humanitar yardımın artırılmasının vacibliyini vurğulayıb və həmçinin İordan çayının qərb sahilində “zorakılıq aktlarına görə məsuliyyət daşıyan ekstremist məskunlaşmaları məsuliyyətə cəlb etməyə” və bölgədə təhlükəsizlik və sabitliyin artırılmasına çağırıb.
Gununsesi.info