
“İsveçrədə Ukrayna sammiti və Rusiya prezidenti Vladimir Putinin KXDR-ə səfəri ABŞ-ın xarici siyasəti üçün tam fiasko oldu”.
Gununsesi.info xəbər verir ki, bunu Duran YouTube kanalında britaniyalı analitik Aleksandr Merkuris deyib.
“İsveçrədə konfrans keçirilib. Bu, sadəcə uğursuzluq deyil, tam bir fiaskodur. Bizim Yaxın Şərqdə nəzarətdən çıxan böhran var və Rusiya Vaşinqtonda heç kimin qabaqcadan görmədiyi diplomatik addımlar atır”, -deyə ekspert bildirib.
Merkurisin fikrincə, son beynəlxalq hadisələr Amerikanın xarici siyasəti üçün sadəcə fəlakət olub. O qeyd edib ki, Rusiya ilə KXDR arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi imzalanması ABŞ üçün gözlənilməz hadisə olub, çünki Amerika rəhbərliyi bu dövlətlərin yaxınlaşmasının qarşısını almağa çalışıb.
O, vurğulayıb ki, Amerikanın xarici siyasətindəki uğursuzluqların səbəbi ABŞ-ın diplomatik yanaşma əvəzinə “silahlı münaqişələr və müharibələr siyasəti”nə riayət etməsi, “hamıya qarşı sanksiyalar tətbiq etmək” cəhdidir.
Afət
Gununsesi.info