
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mühafizəçiləri ilə ABŞ gizli xidmət orqanları arasındaki davanın qarşısı son anda alındıb. Gununsesi.info xəbər verir ki, ABŞ xüsusi-xidmət orqanlarınnın nümayəndələri və Rəcəb Tayyib Ərdoğanın mühafizəçiləri arasında Türkiyə prezidentinin avtomobilinin yanındaki yer üstündə mübahisə yaşanıb. Ərdoğan mehmanxanadan çıxdıqdan sonra maşına minərək Muhəmməd Əlinin cənazə mərasiminə getmək istəyərkən, ABŞ xüsusi xidməti orqanlarının əməkdaşı protokola əsasən Türkiyə prezidentinin ardınca bağlanan qapının ağzında durmaq istəyirdi. İnsident də bundan ssonra başlayıb. Çünki, Ərdoğanın cangüdənlərindən biri də eyni yerdə durmaq istəyib, lakin ona mane olmağa çalışıblar. Yalnlz xüsusi-xidmət orqanlarının digər nümayəndələrinin söhbətə qarışmasından sonra münaqişəni yoluna salmaq mümkün olub. Xatırladaq ki, Ərdoğan əfsanəvi boksçu Muhəmməd Əlinin dəfn mərasimində iştirak etmək üçün onun doğma ştatı Kentukkiyə gəlib. Lakin “Hurriyet” qazetinin məlumatına əsasən, Türkiyə prezidenti ABŞ-ı vaxtından əvvəl tərk edərək əfsanəvi boksçunun dəfn mərasimində iştirak etməyib. Qəzetin məlumatına əsasən, səfəri ləğv etmək qərarı Ərdoğanın ABŞ-da üzləşdiyi bəzi rədd etmələrə görə ola bilər. Xüsusilə, dəfn mərasimində onun tabutu Kəbənin parçasından bir tikə ilə örtmək istəməsinə icazə verilməyib. Digər məlumatlara əsasən, ona Qurandan bir parça oxumağa icazə verməyiblər. Ərdoğan hələ ABŞ-a gəlməmişdən öncə onun adı dəfn mərasimində nitqlə çıxış edə bilənlərin siyahısından çıxarılmışdı. Səbəb isə, zamanın az olması göstərilirdi.
(İslamazeri.az, VOA)