Bu gün, Bakı vaxtı ilə günün ikinci yarısında ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp ölkənin növbəti dövlət katibinin adını açıqlayacaq.
Gununsesi.info xəbər verir ki, bu barədə D.Tramp özünün “Tvitter” səhifəsində yazıb.
“Növbəti dövlət katibinə dair açıqlamanı sabah verəcəm”, D.Tramp yazıb.
Qeyd edək ki, ötən gün “Fox News” telekanalı məlumatlı mənbələrə istinadən dövlət katibi postuna “ExxonMobil” neft korporasiyasının rəhbəri Reks Tillersonun təyin ediləcəyi barədə məlumat yayıb.
***
ABŞ-ın yeni dövlət katibi Reks Tillerson olacaq.
Məlumata görə, ABŞ yeni seçilmiş prezidenti Donald Trampın müvafiq qərarı keçid heyət tərəfindən açıqlanıb.
Yeni təyinatın təsdiqləmə prosesinin mübahisəli olacağı gözlənilir. Belə ki, qanunvericilərin bir hissəsi Tillersonun Rusiya prezidenti Vladimir Putinlə yaxşı münasibətlərə malik olduğu düşünür. Onlar rəsmi Moskvanın nəinki ABŞ-dakı prezident seçkilərə müdaxilə etdiyini, hətta Donald Trampı fəal şəkildə təşviq etdiyini iddia edirlər.
Qeyd edək ki, 64 yaşlı R. Tillerson son 40 ildə “ExxonMobil” şirkətində çalışıb. Ötən əsrin 90-cı illərinin sonundan şirkətin Rusiyadakı layihələrinə rəhbərlik edib. O, 2006-cı ildən şirkətə rəhbərlik edir.
Gununsesi.info