ABŞ-ın yeni dövlət katibindən Putinə mesaj

  • By admin
  • 27 Fevral 2021 00:28

 

ABŞ-yeni Dövlət katibi Entoni Blinken ölkəsinin Rusiya ilə münasibətlərinə toxunub.

Onun sözlərinə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) Rusiyaya yönəlik sanksiyaları o vaxta qədər qüvvədə saxlayacaq ki, Moskva kursunu dəyişəcək və Krım yarımadasını Ukraynaya qaytaracaq:

“Vaşinqton heç vaxt Rusiyanın Krım üzərində suverenliyini tanımayacaq. Krımın Rusiya tərəfindən ilhaq edilməsi beynəlxaq təhlükəsizliyi və formalaşmış dünya düzənini təhdid edir.
Rusiya ədalətsiz olaraq, saxladığı bütün ukraynalı siyasi dustaqları təcili surətdə azad etməli və yarımada üzərində Ukraynanın nəzarəti qaytarmalıdır. Ukraynanın şərqindəki təcavüzü dayandırmağı tələb edirik”.

Gununsesi.info