ABŞ-ın yeni dövlət katibindən Türkiyəyə xəbərdarlıq

  • By admin
  • 29 Aprel 2018 10:39

ABŞ-ın yeni dövlət katibi Mike Pompeo türkiyəli həmkarına Ankaranın Rusiyadan yer-göy raket sistemini almaq planları ilə bağlı xəbərdarlıq edib.

Gununsesi.info xəbər verir ki, NATO xarici işlər nazirlərinin aprelin 27-də keçirilmiş yığıncağının kuluarlarında Pompeo Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğluya deyib ki, S-400 sistemi, onun radar və raket batareyaları Ankaranın NATO müttəfiqlərinin sistemlərinə inteqrasiya oluna bilməyəcək.

Pompeo-nun sözçüsü deyib ki, dövlət katibi ABŞ-ın narahatlıqlarının ciddiliyini Türkiyə rəsmilərinə çatdırıb:“O Çavuşoğluya NATO-nun istifadə etdiyi sistemləri nəzərə almağa çağırıb”.

Dövlət Departamentinin rəsmisi deyib ki, Pompeo türkiyəli həmkarına Ankara S-400 sistemlərini alarsa, sanksiya ilə üzləşə biləcəyini xatırladıb.

Gununsesi.info